“Rusiyanın Ukraynada qələbəsi Avropaya inamı məhv edəcək”- MAKRON

“Rusiya bu müharibədə qalib gələrsə, Avropaya olan inamı məhv edəcək”.

Azpost.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna üzərində qələbəsinin təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Makron Ukraynaya quru qoşunlarının göndərilməsinin hazırda gündəmdə olmadığını deyib, lakin əlavə edib ki, müharibə genişlənərsə, Avropa bütün variantları açıq saxlamalıdır.

“Bu müharibədə Avropanın təhlükəsizliyi təhlükə altındadır. Biz heç vaxt hücuma keçməyəcəyik və buna təşəbbüs göstərməyəcəyik. Amma vəziyyət pisləşərsə, Rusiyanın heç vaxt qalib gəlməməsi üçün hazır olmalıyıq”, – Fransa prezidenti vurğulayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.