Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb

Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib.

Nəticədə çoxmərtəbəli yaşayış binasının bir hissəsində dağıntılar əmələ gəlib.

Həyəcan siqnalı ilə əraziyə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları cəlb edilib. Paytaxtda raket zərbələri zamanı ümumilikdə 7 nəfərin öldüyü bildirilir. Atılan raketlərin bir hissəsi isə paytaxtın Şevçenko rayonu ərazisinə düşüb.

Kiyevin üzərini qatı tüstü dumanı bürüyüb.

Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Azpost.info

Əvvəlki məqalə

Turizm sektorunun ölkə iqtisadiyyatında payı pandemiyadan əvvəlki səviyyəyə çatıb

Sonrakı məqalə

“Rusiya təhlükəsizliyimiz üçün ən böyük və ən ciddi təhdiddir”