Rusiyanın xarici işlər naziri Lavrov Ceyhun Bayramovla Qarabağı müzakirə edib

23 İyun 2021 - 13:58

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb. Tərəflər Qarabağa dair Üçtərəfli bəyanatın reallaşmasını müzakirə ediblər.

“Bəyanatın icrası ilə bağlı bir sıra məsələlərə toxunulub. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədr olduğu üçtrəfəli işçi qrupun regionun münaqişədən sonrakı inkişafına töhfələri qeyd edilib”-deyə açıqlamada vurğulanıb.