“Rusiyanın yaxşı gələcəyi var, çünki ruslar nə istədiklərini bilirlər”.
Azpost.info bildirir ki, bu sözləri prezident Putin “Biznes Rusiya” Ümumrusiya ictimai təşkilatının üzvləri ilə görüşündə bildirib.
Dövlət başçısının sözlərinə görə, hər kəsin gələcəyi var. Ancaq onlar müxtəlifdir: “Rusiyanın yaxşı gələcəyi var, çünki ruslar nə istədiklərini bilirlər və biliyə can atırlar. Həm də ona görə ki, ölkədə sabit təhsil sistemi və nəhəng resurslar var”.
Dövlət başçısı etimadın səbəblərini açıqlayıb: “Birincisi, ona görə ki, biz nə istədiyimizi və məqsədlərimizə hansı vasitələrlə nail olduğumuzu bilirik. İkincisi, bizim böyük resurslarımız var. İlk növbədə insan resursları…”, – deyən Putin Rusiyada da sabit təhsil sisteminin olduğunu, Rusiya vətəndaşlarının biliyə həvəs olduğunu bildirib.