“Rusiyaya düşmən olan dövlətlərin adını çəkmək vaxtı çatdı” –PESKOV

Peskov ABŞ-ı düşmən dövlət adlandırdı

“ABŞ Rusiyaya qarşı düşmən dövlətə çevrilib”.

Azpost.info xəbər verir ki, TASS bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yazıb.

Peskovun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: “Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin adı müharibədir”.

Peskov onu da bildirib ki, dövlət öz maraqlarını müdafiə edərkən prinsipiallıq nümayiş etdirməzsə, suverenliyini itirir.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə parlamentinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Sonrakı məqalə

“Bunu sübut etməsələr, “Tvitter”i almayacağam” –