“Rusiyaya qarşı sanksiyalar onillərlə qüvvədə olacaq” –Medvedev

“Rusiyaya qarşı sanksiyalar onilliklər ərzində qüvvədə olacaq və bu məhdudiyyətlər Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Onun fikrincə, bu baxımdan yalnız öz gücünə güvənmək lazımdır. “Aydındır ki, sanksiyalar keçmişdə – sovet dövründə olduğu kimi, uzunmüddətli effekt verəcək. Yəni, bu, onilliklər deməkdir”, – Medvedev xəbərdarlıq edib. Təhlükəsizlik Şurasının sədr müavini onu da qeyd edib ki, sanksiyalara görə tədqiqat mərkəzləri üçün xarici avadanlıqların alınması mümkün deyil. Bundan əlavə, xaricdən alınan bir çox laboratoriya heyvanları da əlçatmaz olub.

 

Azpost.info

Əvvəlki məqalə

Türkiyə Prezidenti və Kolumbiya lideri görüşüb

Sonrakı məqalə

“Azərbaycanın Ukraynaya humanitar yardımı vacib ismarış verir”-