“Rusiyaya qarşı sanksiyalara əməl edəcəyik” –Qazaxıstan Ukraynaya dəstək verdi

Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmət edir, Krımı Rusiya ərazisi kimi tanımır və bu məsələlərdə BMT-nin qərarlarına əməl edəcək.

Azpost.info bildirir ki, bu sözləri Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Suleymenov Euractiv-ə müsahibəsində bildirib: “Əlbəttə, Rusiya bizim daha çox onun tərəfində olmağımızı istərdi. Amma Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmət edir. Biz nə Krımla bağlı vəziyyəti, nə də Donbassla bağlı vəziyyəti tanımırıq. Çünki BMT onları tanımır. Biz yalnız Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qəbul edilmiş qərarları yerinə yetirəcəyik”.

 

“Həqiqətən də, Qazaxıstan həm Avrasiya İqtisadi İttifaqının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, ona görə də biz Rusiya ilə həm iqtisadi, həm də hərbi ittifaqların üzvüyük. Lakin müqavilələrin müddəaları bu konkret vəziyyətə şamil edilmir. (Ukrayna -red)”, -o qeyd edib.

T.Süleymanov bildirib ki, Qazaxıstan Rusiyaya ABŞ və Aİ-nin iqtisadi sanksiyalarından yan keçməsinə kömək etməyəcək. “Qazaxıstan ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün alət olmayacaq”-, Timur Süleymenov qeyd edib.

Biz sanksiyalara əməl edəcəyik. Rusiya- Belarus və digər ölkələrlə iqtisadi birliyin üzvü olmağımıza baxmayaraq, biz həmçinin beynəlxalq ictimaiyyətin bir hissəsiyik. Ona görə ən Qazaxıstana ABŞ və Aİ-nin ikinci dərəcəli sanksiyalarının tətbiq olunmasını istəmirik.”, – o vurğulayıb.Süleymenov.

Eyni zamanda, onun sözlərinə görə, Qazaxıstan Rusiyaya investisiya qoymağa və Rusiya üçün investisiya cəlb etməyə davam edəcək..

 

Əvvəlki məqalə

“Rusiya Kiyevin Avropa İttifaqına qoşulmasına mane olmayacaq” –

Sonrakı məqalə

Sabah Bakıda 22 dərəcə isti olacaq