“Rusiyaya qarşı sanksiyaların vaxtı çatıb” –Latviyanın xarici işlər naziri

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları indidən tətbiq etməlidir.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç deyib.
Rinkeviçin sözlərinə görə, fevralın 21-də Aİ Xarici İşlər Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında sanksiyaların tətbiqini müzakirə etmək və Moskvaya siyasi siqnal göndərmək mümkün olacaq: “Bazar ertəsinə qədər vəziyyətin yaxşılaşmasını görməsək, sanksiyalar məsələsini müzakirə etməli və ciddi hərəkət edib bu siyasi siqnalı
verməliyik”.
Rusiyanın Latviya və digər Baltikyanı ölkələrə təcavüzü ehtimalından danışan Edqars Rinkeviç bildirib ki, NATO və Avropa İttifaqı 21-ci əsrdə hər kəsin əldə edə biləcəyi ən yaxşı təhlükəsizlik həllidir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bənzərsizlik

Sonrakı məqalə

Putin və Bayden arasında görüş keçiriləcək –