“Rusiyaya təzyiqləri davam etdirəcəyik” –ABŞ dövlət katibi

Ukrayna baş naziri Denis Şmıqal Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər arasında söhbətin əsas mövzusu Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi, Vaşinqtonun Kiyev və ukraynalılara dəstəyi olub. “Biz bir çox məsələlər üzrə mövqeləri razılaşdırdıq. Bildirdim ki, sanksiyalar, maliyyə və silah yardımı Ukraynanın qələbəsinin əsas komponentləridir”, – Şmıqal bildirib.

Ukrayna baş naziri tərəfdaşlarını bütün Rusiya banklarını SWIFT-dən tamamilə ayırmağa, həmçinin Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb. Şmıqal ABŞ-ın Ukraynanın Avropa İttifaqına daxil olmasına diplomatik və iqtisadi töhfə verəcəyinə ümid etdiyini də bildirib.

Öz növbəsində, Blinken baş naziri əmin edib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiqləri artırmaq üçün addımlarını avropalı müttəfiqlərlə əlaqələndirməyə davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

Ölkəyə gətirilən toxumlara dövlət nəzarəti yoxdur –

Sonrakı məqalə

Baydendən Abramoviçə qarşı sanksiya tətbiq etmək tələb olunur