Ruslar Ərdoğanın qələbəsindən sonra Türkiyəyə kütləvi şəkildə tur sifariş ediblər

“Ruslar Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsindən sonra Türkiyəyə kütləvi şəkildə tur sifariş etməyə başlayıblar”.

Azpost.info xəbər verir ki, bunu “SHOT” Teleqram kanalı “Anex Tour” və “Pegas Touristik”lə əməkdaşlıq edən turizm agentlərinə istinadən yazıb.

Onların sözlərinə görə, bu gündən etibarən müraciətlərin sayı 2-3 dəfə artıb. Belə ki, buna qədər insanlar ölkədəki vəziyyətin “oturuşmasını” gözləyirdilər.

Səyahət agentləri qeyd ediblər ki, bir çox ruslar hansı şəhərə və otelə getməyə çoxdan qərar veriblər, lakin alış yalnız bu gün həyata keçiriləcək.

Bəzi səyahətçilər gözləmə rejiminə görə turun dəyərinin təqribən 10-15 faizini itiriblər və indi yüksək tələbat səbəbindən aqreqatorlar qiymətləri qismən artıra bilərlər.

Azpost.info

Əvvəlki məqalə

“Fransa səs-küy salsa da, Moskva ilə əməkdaşlıqda maraqlıyıq”

Sonrakı məqalə

Laçın şəhərində Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək