“Fransa səs-küy salsa da, Moskva ilə əməkdaşlıqda maraqlıyıq”- MAR Rusiyadan 10 min əsgər istəyir

“Mərkəzi Afrika Respublikası öz ərazisində Rusiya hərbi bazasını yerləşdirməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu ölkənin Rusiyadakı səfiri Leon Dodonu-Punaqaza bildirib.

“İndi bizə 5-10 min əsgərin yerləşə biləcəyi Rusiya hərbi bazası lazımdır. Eyni zamanda, lazım gələrsə, onlardan başqa ölkələrdə də istifadə oluna bilər”, – səfir deyib.

Onun sözlərinə görə, müvafiq xahişi Rusiyaya səfəri zamanı Mərkəzi Afrika Respublikası parlamentinin sədri Simplis Saranci səsləndirib.

Səfir vurğulayıb ki, Rusiya hərbi təlimatçılarının ölkədə olması ordunun döyüş qabiliyyətini gücləndirib, lakin silahlı hərbi qruplaşmalara görə təhlükəsizlik təhdidləri qalmaqdadır.

“Bu hərbi qruplar uzun illərdir ki, almaz hasilatı ilə məşğul olub və varlanıblar. İndi onlar Mərkəzi Afrika Respublikası ilə sərhədə yaxın Çad və Sudandadırlar, orada toplaşıb əhaliyə hücum edirlər. Qoşunlarımız konkret nöqtəyə çatmaq üzrə olduğu halda, onların əsasən gizlənməyə vaxtları olacaq”, – səfir izah edib.

O, həmçinin qeyd edib ki, bəzi ölkələrdə Rusiyanın Mərkəzi Afrika Respublikasında olması narazılığa səbəb olur: “Son həftələrdə Rusiya bizə 6 hərbi təyyarə göndərəndə inciməyə və qışqırmağa başlayan fransızlar oldu. Amma bu, bizim problemimiz deyil. Biz Rusiya ilə əməkdaşlıqda maraqlıyıq”.

2022-ci ilin dekabrında ölkədə olan son 130 fransız əsgəri Mərkəzi Afrika Respublikasını tərk etdi. Paris bu ölkə ilə hərbi əməkdaşlığı dayandırdı. Çünki onun Fransaya qarşı kampaniyada iştirak etdiyini və bunun arxasında Rusiyanın dayandığını hesab edir.

Azpost.info

Əvvəlki məqalə

“Nə nüvə silahına, nə də Rusiya və Belarusla ittifaqa ehtiyacımız var”

Sonrakı məqalə

Ruslar Ərdoğanın qələbəsindən sonra Türkiyəyə kütləvi şəkildə tur sifariş ediblər