Ruslar vaxtlarının çoxunu hansı sosial şəbəkədə keçirirlər?- STATİSTİKA

Ruslar vaxtlarının çoxunu “VKontakte” sosial şəbəkəsində keçirirlər.

Azpost.info xəbər verir ki, bunu VTsIOM-un araşdırması üzə çıxarıb.

Nətəcələrə görə, bir şəxs bu proqramdan və onun xidmətlərindən gündə orta hesabla 129 dəqiqə istifadə edir.

İnternet istifadəçilərinin gündə 125 dəqiqəyə qədər vaxt sərf etdiyi ikinci ən populyar social şəbəkə “TikTok” olub. Üçüncü sırada isə “Teleqram” gəlir – orta hesabla gündə 123 dəqiqə istifadə olunur.

Araşdırmaya görə, rusiyalıların əksəriyyəti gündəlik olaraq messencer və sosial şəbəkələrdən istifadə edir. Orta hesabla, istifadəçinin onlarda keçirdiyi ümumi vaxt 272 dəqiqədir ki, bu da dörd saat yarımdır. 18-24 yaşlı gənclər bu göstəriciyə görə bütün digər rusiyalıları geridə qoyublar – onlar gündə səkkiz saatdan çox paylaşımları oxumağa, zəng etməyə, mesaj mübadiləsinə sərf edirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.