Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri ilə görüşüb

17 Noyabr 2021 - 23:50

Ermənistan Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun Bakıdan İrəvana bir erməni hərbçinin meyitini çatdırması faktını təsdiqləyib.

Bu barədə Ermənistan MN-nin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, R.Muradovla yeni müdafiə naziri Suren Papikyanın görüşü olub.

Tərəflər saxlanılanların qaytarılması, eləcə də itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.