Səfirimiz Pakistanın xarici işlər katibi ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın xarici işlər katibi Soheyl Mahmud ilə görüşüb.

Ş. Mahmud əvvəlcə səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb. Xarici işlər katibi Azərbaycan və Pakistan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, Azərbaycan Hökumətini və xalqını Azərbaycanın Zəfər Günü münasibətilə təbrik edib. O, Pakistanın Ermənistanı dövlət kimi tanımadığını diqqətə çatdıraraq, bu ölkənin qardaş Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirdiyini bildirib. Soheyl Mahmud Kəşmir məsələsində mövqeyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü çatdırıb.

X. Fərhadov öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkürünü ifadə edib, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən söhbət açıb. Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi qeyd edən səfir Pakistan Hökumətinə və xalqına öz təşəkkürünü bildirib.

Görüşdə səfir, həmçinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində son aylar ərzində atılan addımlar müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri ilə görüşüb

Sonrakı məqalə

Messi “ilin futbolçusu” seçildi