Rüstəm İbrahimbəyov son sözündə nə deyib? –Oğlu açıqladı

“İnsanın atasını itirməsi çox dərin kədərdir”.

Bunu jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

O, atasının vəfatının gözlənilməz olduğunu vurğulayıb: “Şadam ki, o, Bakıya gətirildi, vətənində dəfn ediləcək. Və arzulayanlar, onu sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.

F.İbrahimbəyov bildirib ki, atası ölümqabağı ondan dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir