“Rüşvətə qarşı mübarizənin səmərəli üsulu xidmətlərin elektronlaşmasıdır” –Əliməmməd Nuriyev

“Korrupsiya -rüşvət alınması və verilməsi hallarına qarşı mübarizənin səmərəli, təsirli üsullardan biri də dövlət orqanlarının vətəndaş və biznesə göstərdiyi xidmətlərin elektronlaşmasıdır. Dövlət xidmətlərinin elektonlaşmasının əsas mahiyyəti isə müasir informasiya texnologiyalarında istifadə edərək vətəndaşlara şəffaf, əlçatan, susi-itifadə, süründürməçilik, bürolratiya, rüşvət hallarını istisna edən xidmətlər və məlumatların təklif edilməsidir”.

Bu fikirləri Bakupost.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Azərbaycan təcrübəsində bu proses 2011-ci ilədn strart götürüb və dövlət qurumları öz saytlarında elektron xidmət bölmələri yaratmağa başlayıblar: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq etdiyi siyahı üzrə 40-dan çox dövlət qurumunun 400-dən çox elektron xidmətinin vətəndaşlara və biznesə təqdim edilməsi nəzərdə tutuldu. 2012-ci ildə o vaxtkı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı keçirildi. O zaman “Elektron hökumət” portalı vasitəsilə 60-a yaxın e-xidmət göstərilirdi. O vaxtdan isə elektron xidmətlərin tətbiqi prosesində yaxşı dinamika müşahidə edirik. Hazırda E-Gov.az” portal üzərindən 438 elektron xidmətdən yararlanmaq mümkündür. “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalında istifadəçi sayı 700 mini keçib. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “myGov” 710 xidmətə giriş təmin edilir. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dərc olunan “Elektron Hökumətin İnkişafı İndeksi”nə əsasən Azərbaycan yüksək qrupa aid edilən 69 ölkə arasından 13-cü yerdə, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında isə ilk üçlükdə yer alıb”.

Ə.Nuriyevin sözlərinə görə, sosial xidmətlərin göstərilməsi sahəsində elektron xidmətlərin tətbiqi istiqamətində də son illər yüksək dinamika müşahidə olunur. Təcrübə göstərdi ki, sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmağın ən yaxşı yolu elektron xidmətlərin tətbiqidir: “Azərbaycanda elektron xidmətlərin inkişafına imkan yaradacaq elektron hökumət infrastrukturu kifayət qədər formalaşmış və inkişaf etməkdədir. Mövcud elektron hökumət infrastrukturu ilə bir qurumdan asılı olan e-xidmətlərin inkişaf səviyyəsi 4-cü səviyyə – tam elektronlaşmaya qədər yüksələ bilər. Bir neçə qurumdan asılı olan elektron xidmətlərin 4-cü səviyyəyə qalxması üçün ilk növbədə dövlət qurumlarının informasiya sistemləri arasında məlumatların təhlükəsiz mübadiləsi vacibdir. Hal-hazırda informasiya sistemləri arasında informasiya mübadiləsi üçün texniki və hüquqi baryerlərin aradan qaldırılmasında ciddi addımlar atılır. Gözləntimiz budur ki, sosial xidmətlərin göstərilməsi, əhainin sosial müdafiəsi ilə bağlı tədbilərin həyatab keçirilməsi sahəsində proaktiv elektron xidmətlərin sayı artsın. Bu xidmətlərin keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqədar mütəmadi sorğular keçirilsin, həmçinin insanlar arasında maarifləndirmə tədbirləri daha da gücləndirilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tərtər rayonunda məktəbli qız qaçırılıb

Sonrakı məqalə

Məhkəmə Poroşenko ilə bağlı qərar verib