Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Orkhan Ali 22 May 2025 - 22:07 (Last updated: 22 May 2025 - 17:08)
1-6

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” 2024-cü ili 39,6 milyon ABŞ dolları məbləğində gəlirlə başa vurub.

Valyuta.az xəbər verir ki, mədən şirkətinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% və 6,3 milyon dollar azalıb. Qeyd edək ki, gəlirlərdəki azalma əsasən qızıl hasilatının azalması və emal proseslərinin müvəqqəti dayandırılması ilə bağlıdır.

Şirkət bildirib ki, Gedəbəy və Qadir mədənləri istismar müddətinin son mərhələsində olduğundan, filiz tərkibindəki qızıl səviyyəsi də aşağı olub. Bu da ümumi hasilata təsir göstərib.
Bununla belə, şirkət xərclərə ciddi nəzarət və əvvəlki ildə qeydə alınan dəyərsizləşmələrin olmaması sayəsində maliyyə nəticələrində müsbət dinamika əldə edib. Vergiyə qədər zərər 2023-cü ildəki 32 milyon dollardan 21,3 milyon dollara enib. Əməliyyat zərəri isə 24,8 milyon dollardan 18,8 milyon dollara qədər azalıb.

Şirkətin xalis borcu (icarə öhdəlikləri istisna olmaqla) 2024-cü ilin sonunda 14,7 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 4,4 milyon dollar çoxdur. “Anglo Asian” bu nəticəni işçi kapital və xərclərə nəzarət siyasəti ilə izah edir.
Əməliyyat üzrə pul axını isə işçi kapital dəyişikliklərindən əvvəl 6,6 milyon dollar olub (2023: 1,0 milyon dollar).

Şirkət 2025-ci ildə Gilar və Demirli kimi yeni mədənlərin hasilata başlaması ilə maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. Şirkətin icraçı direktoru Rza Vəziridir.

AzPost.az

Post navigation

Previous: Geyim idxalında gəlirlər 30 milyonu keçdi
Next: “Google”nin yeni funksiyası –

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.