Rəşad Məcid, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB-də yeni vəzifəyə təyin olunub

Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.

Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Rəşad Məcid AYB-nin sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.

Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Salim Babulaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.

R. Məcid eyni zamanda AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir