Rəsmi qəzetlərdə işləyən jurnalistlər partiya üzvü ola bilər –Qadağa götürülür

Dövlət mətbuatı orqanlarının işçilərinin siyasi partiyanın üzvü olmasına qoyulan qadağa aradan qaldırılır.

Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanundan fərqli olaraq yeni qanun layihəsinin ilkin variantında dövlət mətbuatı orqanlarının işçiləri üçün belə bir məhdudiyyət nəzərdə tutulmur.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinlərinin siyasi partiya üzvlüyünə qoyulan məhdudiyyət isə yeni qanun layihəsində də əksini tapıb.

Digər yenilik notariuslarla bağlıdır. Yeni qanun layihəsinə əsasən, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.

Hesablama Palatasının üzvləri də siyasi partiyanın üzvü ola bilməyəcəklər.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.