Sərkisyan 2020-ci il Tovuz təxibatını Ermənistanın törətdiyini etiraf etdi:

“Rusiya, ABŞ və Fransa bilirdilər kim başlayıb”
17 Fevral 2021 - 02:46

Sabiq prezident Serj Sarkisyan 2020-ci ilin iyulunda Tovuzda baş vermiş hərbi qarşıdurmanın Ermənistan tərəfindən törədildiyini açıqlayıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Armnyus” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Paşinyan Tovuzda mövqeləri yaxşılaşdırmağa cəhd edib: “Sən mövqeləri qabağa çəkmək üçün addım atırsan, sonra münaqişə böyüyür, bundan sonra bütün dünyaya üz tutub qışqırırsan ki, azərbaycanlılar hucum edib, biz də müdafiə olunurq. Hər şeydən əvvəl müttəfiqini aldatmaq olmaz. Sən bir sadə şeyi başa düşməliydin ki, sən müdafiə olunduğunu bəyan edəndə Rusiya, ABŞ və Fransa artıq bilirdilər ki, bu qarşıdrumanı kim başlayıb”.

S.Sərkisyan deyib ki, Rusiya qarşıdurmanın Ermənistanın səbəbka olduğunu bilirdi: “Bu nə deməkdir? Nə üçün yalan danışırsan? Kimə? Axı belə hallarda etimad sıfıra enir. Nə üçün bu baş verdi? Əgər yadınıza gəlirsə Lavrov 2020-ci ilin aprelində bəyan etdi ki, nəhayət ki, predmet üzrə danışıqlara başlamaq lazımdır. Bir il bunlar bizi inandırmağa çalışdılar ki, danışıqlar stolunda heç bir sənəd yoxdur”.