Hazırda dünyada ən böyük qızıl alıcıları Şərqi Avropanın Mərkəzi Banklarıdır.
Azpost.info bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bu il Çexiya Mərkəzi Bankının rəhbəri İngiltərə Bankında beton anbarlarda saxlanılan qızıl külçələrin artan yığınına baxmaq üçün Londona uçub. Ales Mixl Çexiya Milli Bankında saxlanılan qiymətli metal ehtiyatlarını növbəti üç il ərzində iki dəfə artıraraq 100 metrik tona çatdırmaq niyyətindədir.
Bloomberg yazır ki, o, 2022-ci ildə vəzifəyə gəldikdən bəri qızıl ehtiyatı beş dəfə artıb.
Media vurğulayır ki, Mixlın Varşavadan və Belqraddan olan həmkarları da sərmayələri diversifikasiya etmək və gələcək qiymət artımları hesabına qızıl alışına qoşulurlar. Bu da Şərqi Avropanı qiymətli metalın ən böyük alıcılarından birinə çevirir və qızılın qiymətini artırır.
Dünyanın hər yerində mərkəzi banklar öz qızıl arsenallarına Donald Trampın ikinci prezidentliyi nəticəsində yarana biləcək mümkün ticarət müharibələri, Ukrayna və Yaxın Şərqdəki geosiyasi gərginliklər kimi xarici şoklardan qorunmaq üçün qızıl arsenallarını artrırlar.
“Serbiya hakimiyyəti Belqradda təhlükəsizliyini təmin etmək və saxlama xərclərini azaltmaq üçün xaricdə saxlanılan ehtiyatlarını ölkəyə köçürüb. Keçmişdə Avropa müharibələri ilə viran qalmış və hazırda İkinci Dünya Müharibəsindən sonra qitənin ən ölümcül münaqişəsi ilə üzləşən regionda təhlükəsizlik hissi arzusu mühüm məsələdir“-deyə Agentlik yazır.
Serbiyanın mərkəzi bankının rəhbəri Jorqovanka Tabakoviç 2012-ci ildə vəzifəyə gəldikdən sonra qızıl ehtiyatlarını üç dəfə artıraraq 48 tona çatdırıb. O, qızıl alışını “strateji düşüncə, qlobal geosiyasi əlaqələrlə” təmin edən ölkə prezidenti Aleksandar Vucic ilə sıx əməkdaşlıqda həyata keçirildiyini söyləyib.
Dünya Qızıl Şurasının son məlumatlarına görə, Ukrayna ilə həmsərhəd olan və Kiyevin müharibə məqsədlərinin güclü tərəfdarı olan Polşa ikinci rübdə dünyanın ən böyük qızıl alıcısı olub. Polşanın mərkəzi bankının rəhbəri Adam Qlapinski valyuta ehtiyatlarının iqtisadiyyatı fəlakətli hadisələrdən qorumaq üçün vacib olduğunu deyib.
Sentyabr ayına olan məlumata görə, o, külçə qızıl ehtiyatlarını təxminən 420 tona çatdırıb. Bu da Hindistan və ya Yaponiyanın ehtiyatlarının təxminən yarısıdır.
Praqadakı mərkəzi bank 150 milyard dollara yaxın valyuta ehtiyatına malikdir. Bu da ümumi daxili məhsulun demək olar ki, yarısını təşkil edir və həcminə görə dünyada ən böyük banklardan biridir.
Çexiya Mərkəzi Bankının sədri Ales Mixl bu il rekord miqdarda qızıl alışına görə bəzi tənqidlərlə üzləşib. Geosiyasi gərginliyin güclənməsi pul-kredit siyastinə cavabdeh olan siyasətçilərin əlinə qızıl almaq üçün yaxşı bəhanə verib.
“Goldman Sachs Group” metalı 2025-ci ilin əsas əmtəə siyahısına daxil edib. Onuların proqnozuna görə, qiymətlər Trampın prezidentliyi dövründə artmağa davam edərək gələn ilin dekabrına qədər unsiyasının 3000 dollara çata bilər.
Azpost.info