Səudiyyə Ərəbistanında şallaq cəzası ləğv edildi

25 Aprel 2020 - 10:18

Səudiyyə Ərəbistanında cinayətkarları şallaqla vurmaq cərimə və ya həbs cəzası ilə əvəz olunacaq.

Bu barədə “Reuters” ölkənin Ali Məhkəməsinin materiallarına istinadən xəbər verir.

Belə bir tədbir ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların çərçivəsində həyata keçirilir. Qeyd edək ki, islahatlar kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud tərəfindən aparılır.

Bununla yanaşı, krallıqda edamlardan tam imtina edilmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında islahatlar 2015-ci ildən aparılır. Ötən ilin avqustunda qadınlara səyahət etməyə imkan verən qanun qüvvəyə minib. (Oxu.az)