Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, süni tənəffüs aparatına qoşulub

Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.

APA Media Group jurnalist Səbuhi Məmmədlinin durumu ilə bağlı vəziyyəti yaxından izləyir və diqqətdə saxlayır.

Kollektivimiz S.Məmmədliyə şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzu edir.

Əvvəlki məqalə

“Ağ Ev Rusiya neftinin tədarükünü azalda biləcək heç bir addımı alqışlamır”

Sonrakı məqalə

Kiyev Rusiyanın 6 limanında hərbi təhlükə barədə xəbərdarlıq edib