“Sədərək” ticarət mərkəzində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən bildiriblər ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Universitetlərin yaxınlığında tələbələrdən pul dilənən şübhəli şəxsin kimliyi araşdırılır

Sonrakı məqalə

Britaniyanın sərhəd xidmətinin binası yandırılıb