Şəhid Elçin Mustafazadə Ağstafada dəfn edilib- FOTO

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

“Report” xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra E.Mustafazadənin cənazəsi qəbiristanlığa aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İqtidarda təmsil olunanlar bu gün də İlham Əliyevin ətrafında sıx birləşib”-

Sonrakı məqalə

Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar