Şəhidin ailəsi ziyarət olunub

 

Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Şəhriyar Nəsib oğlu Quliyevin ailəsini ziyarət edib.

Görüşdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Şəhriyar Cəbrayıl, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində gedən döyüşlərdə şücaətlə vuruşub və oktyabrın 23-də Qubadlıda qəhrəmancasına həlak olub.

Şəhriyar Quliyev Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

G7 ölkələrinin XİN başçıları Ukraynaya dəstək ifadə ediblər

Sonrakı məqalə

Azərbaycanda daha 3 690 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib