Səhiyyə Nazirliyi spirtdən istifadə ilə bağlı əhaliyə müraciət etdi

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada koronavirus:

Sonrakı məqalə

Karantin tədbirlərinə Daxili Qoşunlar da cəlb edildi