Səhiyyə Nazirliyi “WhatsApp”da “spam” mesajlarla bağlı əhaliyə xəbərdarlıq edib –FOTO

“Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir”.

Məlumatda qeyd edilib ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir: “Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.
Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.
Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.
Eyni zamanda, bildiririk ki, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Spiker: “XİN-dən hər həftə Milli Məclisə yeni məlumatlar daxil olur”

Sonrakı məqalə

Bakı metrosunun yeni stansiyası dörd səviyyədən ibarət olacaq –