Şəkinin küçələrində yenə ayı göründü –VİDEO

Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.

Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.

Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.

Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” –

Sonrakı məqalə

“Elçibəy barədə deyilənlər cəfəngiyyatdır, bütün ideyaları özü verirdi” –