Şəmkirçay su anbarında 1 nəfər batıb –Şəxsiyyəti müəyyənləşib (YENİLƏNİB)

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şəmkirçay su anbarında batan gəncin şəxsiyyəti müəyyənləşib.

APA-nın qərb bürosunun xəbərinə görə, o, 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğludur.

Hazırda onun axtarışları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

KİVDF maliyyə yardımı verəcəyi qəzetilərin adlarını açıqladı –

Sonrakı məqalə

Türkiyədə fabrikdə partlayışa görə 3 nəfər saxlanılıb