Türkiyədə fabrikdə partlayışa görə 3 nəfər saxlanılıb

Polis əməkdaşları Türkiyənin şimal-qərbindəki fişəng fabrikində baş vermiş partlayışla bağlı iş üzrə üç şübhəli şəxsi saxlayıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə ilə əlaqədar müəssisənin rəhbəri və daha iki nəfər saxlanılıb. Hazırda onlar müstəntiqlərə ifadə verirlər.

Qeyd edək ki, Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş vermiş partlayış nəticəsində bir neçə nəfər ölüb, 110-dan çox insan xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəmkirçay su anbarında 1 nəfər batıb –

Sonrakı məqalə

Türkiyənin az tanıdığı Z nəsli –