Şəmkirdə dəhşətli qətl –Kişi həyat yoldaşını və 8 yaşlı övladını öldürdü

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Baş verən qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.

Çinarlı qəsəbəsinin yerli nümayəndəsi Elçin Abbasov APA-ya bildirib ki, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.

Hadisə bu gün səhər saatlarında baş verib, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa yoluxmuş Jirinovskinin vəziyyəti yaxşılaşıb

Sonrakı məqalə

“Topçu Vüsal” qəzaya düşüb