Şəmkirdəki yol qəzasında xəsarət alan 11 nəfər evə buraxılıb

Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.