“Sərhəddə baş verənləri Ermənistan ərazisinə müdaxilə hesab etmirəm” –Rusiyalı politoloq Makronu təxribatda ittiham etdi

 “Mən sərhəddə baş verənləri Ermənistan ərazisinə müdaxilə hesab etmirəm. Bunu çətin situasiya yaradan insident saymaq olar”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyalı politoloq Stanislav Tarasov Azərbaycan-Ermənistan sərhədində baş verən prosesi şərh edərkən bildirib.

Tarasov deyib ki, Rusiya vasitəçi kimi çıxış edəcək:“Mən ümid edirəm ki, insident yaxın zamanda həllini tapacaq. İkinci, belə hadisələr göstərir ki, artıq sərhəd məsələlərini həll etmək lazımdır. Bu, İrəvan və Bakı arasında dialoq səviyyəsində həllini tapmalıdır. Bu mexanizmi tapmaq lazımdır. Yoxsa belə insidentlər tez-tez ola bilər. Mübahisəli sərhəd məsələləri var və onları həll etmək lazımdır”.

Tarasovun fikrincə, bu siyasi dialoq yolu ilə edilməlidir.

Rusiya XİN başçısı Lavrovun Bakıya və İrəvana səfərinə toxunan ekspert deyib ki, bu səfərlər ağır olub: “Tərəflər məsələləri müxtəlif cür görür. Hazırda qeyri-müəyyən qalan xeyli şeylər var. Moskva Minsk Qrupu formatında davam etməyə hazır olduğunu deyib, Bakı hesab edir ki, Minsk qrupu öz mandatını və gündəliyini dəyişməlidir. İndi diplomatik səylər uğursuzluğa duçar olub. Görünür hansısa yan təsirlər Azərbaycanı sərhədlə bağlı belə lokal hərəkətə əl atmağa vadar edib”.

Tarasov genişmiqyaslı hərbi əməliyyatların başlanma ehtimalını istisna edib.

Fransa prezidenti Makronun Ermənistana dəstəyini şərh edən Tarasov bildirib ki, Paris həmsədr ölkə kimi qaydaya görə ümumi konsensus yaradan bəyanatla çıxış etməli idi:

Bu məsələdə ziddiyyətlər var. Bunu müzakirə etmək lazımdır. Həmsədr ölkələrdən birinin birtərəfli qaydada tərəflərin birini dəstəkləməsi yüngül diplomatik təxribatdır”-deyə Tarasov vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “Bayraktar”la məşq uçuşları keçirir –

Sonrakı məqalə

Keçmiş prezident Serj Sarkisyan seçki bloku yaradıb