“Sərhədin dəqiqləşdirilməsi üçtərəfli formatda həll olunmalıdır” –Paşinyan

“Sərhədlərin dəqiqləşdirilməsi və komunikasiyaların açılması ilə bağlı məsələlər Azərbaycan üçün vacib olduğu qədər Ermənistan üçün də vacibdir. Bu məsələ üçtərəfli formatda həll olunmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan baş nazrinin səlahiyyətlərini icra edən Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.

“İkitərəfli qaydada məsələnin həlli ona görə mümkün deyil ki, Ermənistan və Azərbaycan arasında münasibətlər yoxdur.  Sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması üçtərəfli formatda baş tutmalıdır və bu barədə bir neçə dəfə razılıq əldə edilib”-deyə o vurğulayıb.

Paşinyan deyib ki, Zəngəzurda demarkasiya ilə bağlı danışıqlar davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əməkdar jurnalist Rauf Mirqədirovun anası vəfat edib

Sonrakı məqalə

Не умру я, мой друг, никогда…