“Dağlıq Qarabağla bağlı 30 il davam edən danışıqlar nəticə vermədi” –CAVUŞOĞLU

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.

O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.

“Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb. 

Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.

Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib ki, Ermənistan atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər. (APA)

O bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq.  

Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan XİN başçısı Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şərqi Avropadan da rus ordusunu Elçibəy çıxarıb?” –

Sonrakı məqalə

190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır –