ŞƏT ölkələri 2023-cü ili “Turizm ili” elan etdilər- Bəyanat

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr 2023-cü ili “Turizm ili” elan ediblər.

Azpost.info xəbər verir ki, bu barədə təşkilatın Səmərqənd sammitinin yekunlarına dair bəyanatında deyilir.

“ŞƏT məkanında turizm sənayesini dəstəkləmək və şəhər və rayonların turistik cəlbediciliyini artırmaq məqsədilə üzv dövlətlər 2023-cü ilin ŞƏT-in “Turizm ili” elan edilməsi barədə razılığa gəliblər”, – sənəddə bildirilir.

Həmçinin qeyd olunur ki, Hindistanın Varanasi şəhəri 2022-2023-cü illər üçün təşkilatın turizm və mədəniyyət paytaxtı elan edilib.

Azpost.info

Əvvəlki məqalə

“İlkin şərt olmadan sülh sazişinin layihəsi üzərində işə başlamalıyıq” –

Sonrakı məqalə

“Tramp seçkidə qalib gəlsə, kürəkəni Ağ Evdəki vəzifəsinə qayıtmayacaq”