“Tramp seçkidə qalib gəlsə, kürəkəni Ağ Evdəki vəzifəsinə qayıtmayacaq”- Açıqlama

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələrsə, kürəkəni Cared Kuşner Ağ Evdəki vəzifəsinə qayıtmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Trampın keçmiş köməkçisi və Ağ Evin Milli Ticarət Şurasının keçmiş rəhbəri Piter Navaro bildirib.

“Onun elə əvvəldən Ağ Evdə heç bir işi yox idi. Kuşner istər Çin, istər pandemiya, istərsə də bir çox başqa məsələlərdə çoxlu səhvlərə yol verdi”, – Navaro qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

ŞƏT ölkələri 2023-cü ili “Turizm ili” elan etdilər

Sonrakı məqalə

Qırğızıstan və Tacikistan prezidentləri razılığa gəldilər