Səudiyyə Ərəbistanı Qaşıqçı ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının qətlində krallıq rəhbərliyinin adının hallanması ilə bağlı ABŞ kəşfiyyatının hesabatını rədd edib.

Bu barədə “SPA” agentliyi ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı hökuməti hesabatda yer alan krallıq rəhbərliyi ilə bağlı neqativ, yalan və qəbuledilməz dəyərləndirməni tamamilə rədd edir və hesabatda yanlış məlumat və nəticələrin olduğunu bildirir”, – XİN-in açıqlamasında belə deyilir.

Bildirilib ki, ölkə rəhbərliyi cinayəti törədənlərə qarşı artıq lazımi tədbirlər görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub –

Sonrakı məqalə

Xocavənddə erməni hərbçilərin atıb qaçdığı silah-sursat aşkar edilib