Səudiyyə Ərəbistanı neft gəlirlərini kəskin şəkildə itirir -Vəliəhdin yeni planı nədir?

Səudiyyə Ərəbistanı neftin “iynəsindən” qurtulmağa çalışır. Monarxiyada qərara gəliblər ki, bu ölkənin rifahı naminə artıq başqa yollar axtarmaq zamanıdır. Elə bu səbəbdən də yeni istiqamətə yönəlməyə qərarlı olan Səudiyyə Ərəbistanı xüsusilə iqtisadiyyatın diversifikasiyasına diqqət ayırmağa çalışır.

Azpost.info-nun məlumatına görə, dünyanın ən böyük neft ixracatçısı kimi tanınan Səudiyyə Ərəbistanı gəlirlərini kəskin şəkildə itirir. “Bloomberg” nəşrinin yazdığına görə 2024 -cü ilin yayında bu ölkədə gəlirlər kəskin şəkildə son üç ilin ən aşağı səviyyəsinə düşüb. Bu isə dünya bazarına çıxarılan neftin qiymətinin qəfil aşağı düşməsi, həmçinin krallığın hasilatı azaltmaq niyyəti ilə bağlıdır.

Krallığın Baş Statistika İdarəsinin verdiyi məlumata görə, 2023-cü ilin may ayında neft və emal olunmuş məhsulların ixracı 19 milyard dollardan bir qədər çox azalıb. Bu isə 2021-ci ilin sentyabr ayından bəri minimumun göstəricisi deməkdir. Belə ki, neft satışının ümumi ixracda payı 74%-ə qədər azalıb. Nəşr müqayisə üçün qeyd edir ki, bir il əvvəl isə “qara qızıl”-ın payı 80%-dən çox təşkil edirdi.

2022-ci ildə Səudiyyə Ərəbistanı bazarda neft qiymətlərinin artması mərhələsində əhəmiyyətli dərəcədə faydalana bilmişdi, lakin 2023-cü ildən başlayaraq hasilatda azalma tendensiyası aydın şəkildə nəzərə çarpır.

Məhz bu səbəbdən Səudiyyə Ərəbistanı Krallığının səlahiyyətliləri bildiriblər ki, belə azalmalar 2024-cü ildə də davamlı olacaq və ölkədə qlobal iqtisadiyyatdakı problemlər fonunda qiymətlərin qəfildən aşağı düşəcəyi qorxusuna görə tədarük məhdudlaşdırılacaq.

Xam neftin qiymətinin aşağı düşməsi çox yüksək faiz dərəcələrinin, həmçinin ABŞ və Avropada iqtisadi fəallığa ciddi zərər verə biləcəyi ilə bağlı narahatlıqlardan da qaynaqlanır. Məlum olduğu kimi neft son həftələrdə tədarükün azaldılması təsirinə məruz qaldığından qismən bahalaşmağa başlayıb, lakin qiymətlər indi yenidən 75 dollar barelə çatıb.

Baş verənlərin fonunda Səudiyyə Krallığı artıq iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın planlarına həm də ixracın daha azaldılması daxildir.

May ayındakı illik müqayisədə gəlirlərin təxminən 9% azalmaqla 25 milyard riala qədər, yəni 6,7 milyard dollara düşməsi məlum olub. Eyni zamanda da, hər şeyə – yarımkeçiricilər sektoruna, avtomobillər və idmana qədər investisiyalar get-gedə artır.

Oqtay Qorçu

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.