Səudiyyə və Rusiya arasında neftə görə fikir ayrılığı yaranıb –-Ərəblər nədən narazıdır?

Səudiyyə Ərəbistanı Rusiyanın neft hasilatı sahəsində fəaliyyətindən narazıdır və hesab edir ki, Moskva neft hasilatının azaldılması ilə bağlı OPEC+ çərçivəsində götürdüyü öhdəliklərə əməl etmir.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, Səudiyyənin yüksək vəzifəli rəsmiləri rusiyalı həmkarlarından razılaşdırılmış ixtisarlara əməl etməyi xahiş ediblər. Ər-Riyad hesab edir ki, Rusiya dünya bazarını razılaşdırıldığından daha çox xam neftlə təmin etməkdə davam edir və bu, neftin qiymətlərində durğunluğa gətirib çıxarır.

Dünya bazarında “Brent” markalı neftin qiyməti OPEC+ ölkələrinin hasilatı azaltmağa söz verdiyi aprelin əvvəlindən indi 10 faiz aşağıdır. Beynəlxalq Enerji Agentliyi də hesab edir ki, Səudiyyə Ərəbistanından fərqli olaraq, Rusiya aprel ayında hasilatı vəd edilən gündəlik 500 min barelə azaltmayıb.

“Wall Street Journal”a görə, Səudiyyə Ərəbistanı büdcəyə neftin qiymətini bir barel üçün 81 dollar qoymuşdu, lakin indi bir neçə dollar aşağıdır. İstehsalın azaldılması qiymətlərin artmasına kömək edə bilər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə iddia edir ki, Rusiya neft hasilatının azaldılması qərarına əməl edir.

Azpost.info

Əvvəlki məqalə

Ağsuda 1 tondan artıq narkotik bitkisi məhv edilib

Sonrakı məqalə

“Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur” –