Səudiyyə və Türkiyə Rusiyaya aparılan ukraynalı uşaqları geri qaytarmağa çalışır- “Financial Times”

Səudiyyə Ərəbistanı və Türkiyə müharibə başlayandan sonra Rusiyada qalan ukraynalı uşaqları öz vətənlərinə qaytarmaq üçün vasitəçi kimi çıxış edirlər.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” danışıqlardan xəbəri olan 4 nəfərə istinadən yazıb.

İki mənbə təsdiqləyib ki, onların arasında müharibənin əvvəlində Rusiya ilə Ukrayna arasında sülh danışıqları aparmağa cəhd edən, sonra isə əsirlərin mübadiləsinin hazırlanmasında iştirak edən Roman Abramoviç də var.

“Bir neçə aydır ki, təmaslar aparılır, lakin bu mövzu o qədər ağrılıdır ki, Rusiya və Ukrayna nümayəndələri bir-biri ilə ünsiyyətdən imtina edirlər.  Çox həssas məsələdir. Heç kim heç kimə güvənmir. Bizə bütün uşaqlar haqqında məlumat toplayan və hər iki tərəf üçün məqbul olan müstəqil qurum lazımdır”, –  danışıqlarda iştirak edən şəxs “Financial Times”a deyib.

Ukraynanın Uşaq Hüquqları üzrə Müvəkkili Darya Gerasimçuk bildirib ki, bu məsələ ilə bağlı Rusiya tərəfi ilə birbaşa əlaqə yoxdur: “Üstəlik, biz əminik ki, bu istiqamətdə heç bir danışıqlar aparıla bilməz, çünki söhbət hərbi əsirlərin mübadiləsindən getmir, bunlar uşaqlardır…”.

Azpost.info

Əvvəlki məqalə

Xəzər dənizində daha bir zəlzələ olub

Sonrakı məqalə

Daxili İşlər Nazirliyi vakansiya elan edib