Səyyad Əlizadə ilə vidalaşmağa sənət yoldaşları niyə gəlmədi? –FOTO

Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin morqundan doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

İfaçı üçün vida mərasimi keçirilməyib. Onun nəşi səhər saatlarında Füzuliyə yola salınıb. Sənətçi ilə vidalaşmaq üçün sənət yoldaşlarından yalnız əməkdar artist Yusif Mustafayev xəstəxanaya gəlib. Onun sözlərinə görə, mərhum ifaçının həmkarlarından bir neçəsi gecə saatlarında xəbəri eşitdikdən sonra 1 saylı Kliniki Tibbi Mərkəzə toplaşıblar. Lakin pandemiya səbəbindən bu gün vidalaşmağa gəlməyiblər.

Y.Mustafayev Səyyad Əlizadənin hər zaman dostcanlı, mərd biri kimi xatirələrdə qalacağını deyib: “Səyyadın sağalması üçün qurbanlar demişdik. Amma Səyyad getdi. Ümumiyyətlə, koronavirusdan korifeylərimiz dünyasını dəyişdi”.

Qeyd edək ki, S. Əlizadə vəsiyyətinə əsasən ata-anasının qəbrinin yanında torpağa tapşırılacaq.(Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub” –

Sonrakı məqalə

Həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin vəziyyəti ağırlaşıb