Saakaşvili Baş nazir postuna namizədliyini geri götürüb

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bəyan edib ki, Baş nazir olmaq fikrində deyil.

Azpost.info bildirir ki, o bu barədə “Mtavari arxi” telekanalının efirində bəyan edib.

“Məni heç bir vəzifə maraqlandırmır. O cümlədən Gürcüstanın baş naziri postu”-deyə sabiq prezident vurğulayıb.

Vahid Milli Hərəkat partiyası seçkidə qalib gələcəyi təqdirdə Saakaşvilinin Baş nazir postuna namizədliyini irəli sürüblər. Saakaşvili bildirib ki, hökumətə yalnız 2 il başçılıq etmək niyyətindədir.

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Ekzit-pollun nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin 41-55 faizini, Vahid Milli Hərəkat Partiyası isə 23-33 faiz səs alıb.

Saakaşvili seçkidən sonra verdiyi bəyanatda müxalifətin qalib gəldiyini deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp və Bayden seçki kampaniyalarını davam etdirirlər –

Sonrakı məqalə

İngiltərədə 2 aylıq karantin elan olundu –