Tramp və Bayden seçki kampaniyalarını davam etdirirlər –Sabiq prezident Barak Obama mitinqə gələcək

ABŞ-da seçki gününə üç gün qala bir vaxt prezidentliyə əsas iki namizəd şənbə günü seçki nəticələrinə mühüm təsir göstərəcək ştatlara səfər ediblər. Respublikaçı prezident Donald Trampı diqqəti Pennsilvaniyada kampaniya aparmağa yönəldib, sabiq vitse-prezident Co Bayden isə Miçiqan ştatında tədbirlər keçirəcək.

Baydenlə birlikdə kampaniya tədbirlərinə ilk dəfə olaraq sabiq prezident Barak Obama da iştirak edəcək. Onlar Miçiqana iki günlük kampaniya səfəri çərçivəsində şənbə gününü Flint və Detroyt şəhərlərində keçirəcək.

Detroyta onların mitinqində müğənni Stivi Uonder ifa edəcək.

Tramp şənbə günü Pennsilvaniyanın bir neçə şəhərində dörd mitinq keçirməyi planlaşdırır. Prezident 2016-cı ildə cüzi fərqlə bu ştatda qalib gəlmişdi və bu dəfə də bu qələbəni təkrarlamaq istəyir. Rəy sorğuları isə orada cüzi fərqlə Baydenin öndə olduğunu göstərir.

Tramp cümə günü müxbirlərə seçki gününün gecəsini harada keçirəcəyi ilə bağlı qərarsız olduğunu bildirib. Bundan öncə isə The New York Times qəzetində onun Vaşinqtondakı Tramp International Hotel-də keçiriləcək tədbirdə iştirak etmək planlarını təxirə saldığı barədə məlumat yer alıb.

“Biz hələ qərar verməmişik,” Tramp müxbirlərin məsələ ilə bağlı sualına cavab olaraq bildirib. Tramp deyib ki, Vaşinqton şəhərinin yerli hökumətinin tətbqi etdiyi koronavirus məhdudiyyətləri onun qərarına təsir göstərəcək.

Cümə günü Trampın və Bayden ABŞ-ın Orta Qərb ştatlarında kampaniya aparıblar. Tramp Miçiqan, Minnesota və Viskonsində, Bayden isə Minnesota, Viskonsik və Ayovada tədbirlər keçirib.

Miçiqan 16 elektoral səsə, Minnesota və Viksonsinin hər biri 10, Ayova isə altı səs sahibdir.

Bayden Ayova ştatının Des Moines şəhərində keçirilən seçki kampaniyasında tərəfdarlarına həmin həftə ştatda koronavirusa yoluxanların sayı rekord həddə çatdığını deyib və Trampın virusa qarşı mübarizədən “imtina etdiyini” iddia edib.

Tramp Mişiqandakı tərəfdarlarına deyib ki, Bayden koronavorus pandemiyası səbəbilə qarşıdan qaranlıq qışın gələcəyini proqnozlaşdırıb.

“Bizim ölkəmizin elə uzun qaranlıq qışa və bu barədə danışan liderə ehtiyacı var,” Tramp deyib.

Prezident təhlükəsiz vaksinin amerikalılara bir neçə həftə içincə çatdırılacağını və bu vaksinin pulsuz olacağını bildirib. O deyib ki, “bu sizin günahınız deyil. Bu heç kəsin günahı deyildi. Bu, Çinin gühanı idi.”

Ümummilli rəy sorğularında Bayden 7-8 faiz səs fərqi ilə Trampdan öndə gəlir. Lakin seçki nəticələrdinə mühüm rol oynayan ştatlarda bu fərq bunun yarısı qədərdir. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan ərazisinin atəşə tutulması xəbəri yalandır və növbəti təxribatıdır” –

Sonrakı məqalə

Saakaşvili Baş nazir postuna namizədliyini geri götürüb