Saakaşvili Putinin onu nə üçün həbsxanada saxladığını açıqladı

“Mən həbsxanada Putinin əmri ilə otururam”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili META-da paylaşıb.

Onun sözlərinə görə, iki ildir qondarma ittihamlarla işgəncə altındadır.

“Yeganə günahım ondadır ki, mən Rusiyanın qulağının dibində əsl dövlət yaratdım və onu sərt şəkildə Avropa İttifaqı və NATO-ya tərəf çevirdim. İndi hər şey təhlükə altındadır. Buna görə mən Putinin əmri ilə həbsdə saxlanılıram”-deyə sabiq prezident bildirib.

Sabiq prezident deyib ki, Gürcüstanınn onun azad olunması üçün daha güclü səsini eşitmək istəyir: “Bizim ardıcıl mübarizəmizi gördükdən sonra Qərb bizə kömək etməyə başlayacaq”.

Azpost.info

 

Əvvəlki məqalə

Naxçıvan DİN-nə mətbuat katibi təyin edilib

Sonrakı məqalə

“Rusiya hərbçiləri Baxmutun şimalından qaçdı…” –