“Saakaşvili Rusiyaya qarşı “ikinci cəbhə”ni açmaq üçün qayıtmışdı” –Gürcü Baş nazirindən açıqlama

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin nə üçün ötən ilə qəfildən ölkəyə qayıtmasının səbəbini açıqlayıb. 

Azpost.info bildirir ki, jurnalistlərə açıqlamasında baş nazir maraqlı məqamları deyib. Onun sözlərinə görə, Saakaşvili Ukraynada müharibə başlanacağı təqdirdə Rusiyaya qarşı “ikinci cəbhəni” açmaq üçün Gürcüstana qayıdıb.

“İkinci cəbhə açmaq niyyəti var idi. Bizdə dəqiq məlumat var idi ki, Ukrayna ilə müharibə ötən ilin noyabr ya da dekabr ayında başlamalı idi. Məhz buna görə, Saakaşvili ikinci cəbhə açılması üçün hazırlıqlar üçün gəlmişdi. Təəssüf ki, bunu bizim ukraynalı dostlarımız da təsdiq etdilər”-deyə Baş nazir vurğulayıb.

Qaribaşvili həmçinin deyib ki, heç bir ikinci cəbhə olmayacaq və Gürcüstanı heç kim qarşıdurmaya darta bilməz.

 

Əvvəlki məqalə

Avstriya səfirliyi Kiyevə qayıtdı – FOTO

Sonrakı məqalə

Parisdə görüş zamanı Makrona pomidor atdılar – VİDEO