Saatlıda toydan qayıdan ailə qəzaya uğradı –

Beş nəfər xəsarət alıb, 2-si uşaqdır
19 Yanvar 2020 - 11:34

Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

Hadisə rayonun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb. (APA)

Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.