Sabah Biləsuvar, Ağstafa və Qaxda qaz təchizatında fasilələr olacaq

30 Oktyabr 2019 - 19:12

Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq. Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.