Sabah hava necə olacaq?- PROQNOZ

İyunun 20-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda  gecə 22-24, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

İyunun 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 20-21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir  ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Böyük Britaniyanın dövlət borcu 57 ilin rekordunu yeniləyib

Sonrakı məqalə

“Muzeylərdə vəziyyət yaxşı deyil, bəzilərində işıq belə yoxdur”